AFFA-dan “Karvan”a cəza “yağışı”

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 8-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul olunub.

Arena.az sizi həmin qərarların siyahısı ilə tanış edir:

Birinci Liqa, 8-ci tur

“İmişli” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilib.

“Karvan” – “Qəbələ” oyununda “Karvan” komandasında 4 nəfər sarı vərəqə aldığına görə Yevlax klubu 70 manat cərimə edilib. “Karvan”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə Yevlax komandası 80 manat cərimə edilib. Meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” 80 manat cərimə edilib. Diktor Əsasnamənin tələblərini pozduğuna görə “Karvan” komandası 50 manat cərimə edilib. “Karvan”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə Yevlax klubu 50 manat cərimə edilib. Oyun bitdikdən sonra “Karvan”ın futbolçusu Müşfiq Teymurov hakimləri təhqir etdiyinə, aqressiv davrandığına görə 4 oyun cəzalanıb. “Karvan” komandası buna görə 300 manat cərimə edilib. Oyun bitdikdən sonra “Karvan”ın futbolçusu Bəhruz Teymurov hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb. Yevlax komandası 300 manat cərimə edilib. Oyun bitdikdən sonra “Karvan”ın məşqçisi Zaur Hacıyev rəqib baş məşqçiyə hədə-qorxu gəldiyinə görə 5 oyun cəzalanıb. “Karvan” komandası buna görə 400 manat cərimə edilib.

“Karvan”ın baş məşqçisi Kənan Kərimov mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb. “Karvan” komandası buna görə də 400 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: