AFFA Donald Gerye ilə Ruan Renatonu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Sumqayıt” – “Turan Tovuz” oyununda Tovuz təmsilçisinin 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub.

“Səbail” – “Kəpəz” oyununda “Səbail”in 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub. “Səbail” xərəkdaşıyanların say tərkibini pozduğuna görə klub əlavə 800 manat cərimə olunub.

“Qəbələ” – “Sabah” oyununda “Qəbələ”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub. “Qəbələ”nin oyunçusu Ruan Renato ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb. Klub isə buna görə 200 manat cərimə olunub. “Sabah”ın da 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə görə klub 800 manat cərimə olunub.

“Neftçi” – “Zirə” oyununda “Zirə”nin oyunçusu Donald Gerye ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb. Onun klubu isə buna görə 200 manat cərimə olunub.