AFFA Elnur Cəfərovu 3 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Şamaxı-2” – “İmişli” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə sözügedən klub 80 manat cərimə edilib.

“Qarabağ-2” – “Sumqayıt-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik xidmətinin nümayəndəsi iştirak etmədiyinə görə Ağdam klubu 40 manat cərimə edilib. “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Ağdam təmsilçisi daha 80 manat cərimə edilib. “Sumqayıt”ın oyunçusu Uğur Cahangirov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Sumqayıt” buna görə 20 manat cərimə edilib.

“İmişli” – “Kəpəz-2” oyununda “İmişli”nin oyunçusu Elariz Xəlilli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanıb. Onun klubu isə buna görə 160 manat cərimə edilib. “Kəpəz”in oyunçusu Elnur Cəfərov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığına görə 3 oyun cəzalanıb. Gəncə klubu da buna görə 160 manat cərimə edilib.

“Neftçi-2” – “Turan Tovuz-2” oyunu polis nümayəndəsi gecikdiyinə görə gec başladığı üçün “Neftçi” klubu 160 manat cərimə edilib. “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə paytaxt klubu 80 manat cərimə edilib.

“Səbail-2” – “Qəbələ-2” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə paytaxt klubu 80 manat cərimə edilib. “Qəbələ”nin də 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə əyalət komandası 80 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Araz Naxçıvan” oyununa Təcili Tibbi Yardım maşını təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qaradağ Lökbatan” klubu 40 manat cərimə edilib. “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə paytaxt klubu 80 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: