Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın oyunları ilə bağlı müxtəlif qərarlar çıxarılıb.
Arena.az xəbər verir ki, aparılmş müzakirələrdən sonra bu turnirin 18-ci turunun oyunları ilə aşağıdakı qərarlar qəbul edilib:
“İmişli” – “Araz Saatlı” oyununda “İmişli”nin 4 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” 70 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilib.
“Şamaxı” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan”ın 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.
“İrəvan” – “Zaqatala” oyununda “Zaqatala”nın 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Bu oyunda xərəkdaşıyan uşaqların say limiti pozulduğuna görə “İrəvan” klubu 80 manat cərimə edilib. “İrəvan”ın heyətində futbolçu Balamirzə Soltanovun əvəzinə meydançaya adı matçın protokolunda qeyd edilməmiş futbolçu Kamil Mahmudov daxil olduğuna görə “İrəvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib. “İrəvan” klubu buna 400 manat cərimə də ödəyəcək.
Maraq üçün xatırladaq ki, “İrəvan” “Zaqatala” ilə ötən baş tutan bu qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılmışdı.
“Mingəçevir” – “Karvan” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilib.
MOİK – “Difai Ağsu” oyununda “Difai Ağsu”nun 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Bu oyunda xərəkdaşıyanların say limiti pozulduğuna görə MOİK klubu 80 manat cərimə edilib.


