Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Azərbaycan Birinci Liqasının 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Difai Ağsu” – “Araz Saatlı” oyununda “Araz Saatlı”nın 5 futbolçusu sarı vərəqə aldığına görə Saatlı klubu 70 manat cərimə edilib.
“Mingəçevir” – “Şamaxı” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə Şamaxı klubu 70 manat cərimə edilib.
“Zaqatala” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan”ın futbolçusu Rəşad Həsənov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qaradağ Lökbatan” klubu buna görə 80 manat cərimə edilib.


