AFFA “Turan Tovuz”a xəbərdarlıq etdi: İmicə zərbə…

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib, Birinci Liqanın sonuncu oyunları ilə bağlı bəzi qərarlar qəbul olunub.

Arena.az xəbər verir ki, İK Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” klubuna xəbərdarlıq da edib.

Belə ki, qurumun rəsmi saytının yaydığı məlumata görə, fevralın 23-də “Turan Tovuz” klubu AFFA və PFL-in imicinə zərər vuran əsassız bəyanat verdiyinə görə “Turan Tovuz” komandasına xəbərdarlıq edilib.

Birinci Liqanın 15-ci turunun oyunlarındakı qayda pozuntularına isə aşağıdakı kimi hüquqi qiymət verilib:

“Cəbrayıl” – “Karvan” oyununda “Karvan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Yevlax komandası 70 manat cərimə edilib. Bu oyunda “Karvan”ın nümayəndəsi “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə Yevlax klubu daha 50 manat cərimə ödəyəcək.

“İmişli” – “Zaqatala” oyununda “Zaqatala”da 6 nəfər sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 42-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Həsən Həsənli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Zaqatala” klubu buna görə 100 manat cərimə edilib.

“Baku Sportinq” – “Mingəçevir” oyununda “Baku Sportinq”də 5 nəfər sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 60-cı dəqiqəsində “Baku Sportinq”in qapıçı məşqçisi Toğrul Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Onun komandası isə buna görə 100 manat cərimə edilib.

“Difai” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: