AFFA “Turan Tovuz”u azarkeşlərinə görə 1600 manat cərimə etdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “Zirə” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə paytaxt klubu 800 manat cərimə edilib. Matçdan öncə oyun günü planının pozulmasına görə meydan sahibi olan “Kəpəz” klubu 800 manat cərimə edilib.

“Turan Tovuz” – “Qəbələ” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə Tovuz klubu 1600 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: