Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib və Birinci Liqanın 3-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
3-cü turun “Baku Sportinq” – “Şimal” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Baku Sportinq” komandası 600 manat cərimə edilib.
MOİK – “Zaqatala” oyununda “Zaqatala” komandasının nümayəndələrində “A buraxılışı” vəsiqəsi olmadığına görə “Zaqatala” komandası 300 manat cərimə edilib.


