Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Sivasspor” klubu nigeriyalı sol cinah vingeri Ahmed Musa ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, uzun müddətdir zədə səbəbindən komandaya kömək edə bilməyən 31 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Sivas klubu artıq müqavilənin ləğvinə dair məlumatı Türkiyə Futbol Federasiyasına təqdim edib və nigeriyalı legionerin lisenziyasını ləğv etdirib.
Nigeriya millisinin də üzvü olan Ahmed Musa daha öncə Türkiyədə Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük”ün uğurları üçün çalışıb. O, bu komandada 34 matça çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi Sivas klubuna məhz “Fatih Karagümrük”lə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verərək keçmişdi. O, “Sivasspor”da 2 mövsüm ərzində 28 oyuna cəmi 1 qolla yadda qalıb.
Nigeriyalı futbolçu karyerası ərzində “Kano Pillars”, “Venlo”, ÇSKA (Moskva), “Lester Siti”, “Əl-Nəsr” klublarında da forma geyinib. O, Nigeriya yığmsında 108 oyun keçirib, 16 qol vurub.