Alparslan Erdem “Fatih Karagümrük”ün yeni baş məşqçisi oldu

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Fatih Karagümrük” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, İstanbul təmsilçisini bundan sonra Alparslan Erdem çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı məşqçi ilə bir mövsümlük müqavilə imzalanıb.

Xatırladaq ki, Alparslan Erdem “Fatih Karagümrük”də ötən mövsümün sonunda istefa vermiş Andrea Pirlonun köməkçilərindən biri idi. İtaliyalı mütəxəssis komandadan ayrılandan sonra İstanbul təmsilçisini mövsümün son üç matçına məhz Erdem çıxarmışdı. Komanda bu oyunlardan ikisini qələbə qazanmış, birində məğlub olmuşdu.

A.Erdem futbolçu karyerası dönəmində də “Fatih Karagümrük”də çıxış edib. O, 2019-2022-ci illər aralığında bu komandada forma geyinmiş və elə karyerasını İstanbul təmsilçisində başa vuraraq məşqçiliyə başlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: