“Zirə”nin sabiq qapıçısı Anar Nəzirov yenidən paytaxt klubuna qayıdıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Anar Nəzirov daha əvvəl 2015-18-ci illər aralığında da “Zirə”nin şərəfini qoruyub. O, həmçinin “Kəpəz”, “Neftçi”, “Turan”, “Standart”, “Qəbələ” və “Sumqayıt” klublarında da çıxış edib. Azərbaycan millisində də oynamış təcrübəli qolkiper, 2019-cu ildən “Qəbələ”nin formasını geyinirdi.
Qeyd edək ki, “Zirə” Anar Nəzirovdan öncə Təmkin Xəlilzadə, Mehdi Cənnətov, Ruslan Abışov və Velves Damatsenanı da transfer etmişdi.


