Ançelotti Avropa Super Liqası haqda fikrini bildirdi

“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti yeni Avropa Super Liqası haqda fikirlərini bildirib.

Arena.az “Marca”ya istinadən, Ançelottinin bu barədə fikirlərini təqdim edir:

“Düşünürəm ki, bu, bütün futbol üçün vacib bir qərar idi. Görürəm ki, o qədər də əmin olmayan klublar var, amma indi dünyamızı idarə edən inhisar olmayacaq, hər şey müsbət nəticələnəcək. Bizi narahat edən beynəlxalq təqvim klublar, oyunçular üçün yaxşılaşdırıla bilər… sonda nəyin müsbət olduğunu zaman göstərəcək”, deyə Ançelotti bildirib.

Xatırladaq ki, dünən, dekabrın 21-də qarşıdan gələn Avropa Super Liqasının tərtibatı təqdim edilib. Tərtibata əsasən yarışda üç liqaya bölünmüş 64 klubun iştirakı nəzərdə tutulub. Liqaların hər birində yarış iki mərhələdə keçiriləcək – “liqa mərhələsi” və “pley-off mərhələsi”. Yeni turnirin 2025-ci ilə keçiriləcəyi nəzərdə tutulub.

Hazırda Super Liqada yalnız bu fikrin əsas təşəbbüskarı “Real” və böyük dəstəkçisi “Barselona” yer alıb. Klublar kütləvi şəkildə yeni turnirə qarşı çıxış edirlər. Avrpa Məhkəməsinin Super Liqaya yaşıl işıq yandırmasından sonra yalnız “Napoli” müvafiq turnirdə iştirakın əleyhinə olmadığını bə fikri dəstəklədiyini bəyan edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: