Ançelotti “Barselona” ilə oyundakı darmadağına aydınlıq gətirdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 11-ci turunun “Barselona” ilə ev oyununda 0:4 hesablı məğlubiyyətə aydınlıq gətirib.

Arena.az “Madrid Universal” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Qoldan əvvəl bu, bərabər oyun idi, fürsətlərimiz də oldu, xırda xüsuslara görə qol vura bilmədik, azacıq bəxtimiz gətirmədi. Onlar iki dəqiqə ərzində iki qol vurduqda isə bütün güc-qüvvəmizi aldılar. Biz risk edirdik, onların isə məkanı vardı. Nəticə meydanda gördüklərimizi əks etdirmir. Onlar öz səmərəlilikləri sayəsində qələbəyə layiq idilər.

Bu gün meydanda güc-qüvvə vardı. Fəsad ondadır ki, iki qol buraxanda risk etməyə başlayırsan. Bu, yaxşı haldır. Yaxşı oynayan komandaya qarşı risk etmək isə həmişəkindən daha təhlükəlidir. Bir-iki qol vursaydıq, hər şey dəyişəcəkdi. Elə fəsadlar da var ki, onları həll etmək gərəkdir. Bu gün birinci hissədə gərginlik vardı, ikinci hissəyə isə yaxşı başlamışdıq. Amma bir qol hər şeyi dəyişir. Bu həm də psixoloji bir fəsaddır, taktiki məsələ deyil.

Müdafiədə fəsadlarımız varmı? Birinci hissədə müdafiəmiz yaxşı idi. Amma Modriç meydana çıxanda risk etmək qərarına gəldim və biz həlledici təkbətək mübarizələrdə məğlub olduq.

Bizə ağrılıdır, bu, çətin, mürəkkəb məqamdır, amma hər şeyi çöpə atmamalıyıq. Biz son 30 dəqiqəni unutmalıyıq, mövsüm isə çox uzundur. Biz bu məğlubiyyətdən ibrət dərsi alıb, bunu həzm edərək, öhdəsindən gəlməliyik”, deyə Ançelotti bildirib.

11 turdan sonra 30 xal toplamış “Barselona” La Liqanın yarış cədvəlinə başçılıq edir. “Real” isə 24 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: