Ançelotti: “Real” yanvarda yeni oyunçu almağı planlaşdırmır”

“Real” baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın qarşıdakı qış transfer pəncərəsinə planları ilə bağlı sualı cavablayıb.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz yanvarda yeni transferlər etməyi planlaşdırmırıq. Çünki keçən mövsüm bunun öhdəsindən əla gəlmişik. Əminəm ki, bu mövsüm də bizimlə hər şey yaxşı olacaq”, deyə Ançelotti bildirib.

Xatırladaq ki, daha əvvəl mətbuatda, “Real”ı müdafiə xəttində yaşadığı fəsad və çətinliklərdən dolayı, qışda yeni transferlər etməyi nəzərdə tutduğu haqda məlumat yayılmışdı. “Real”ın müdafiə xəttinin üç aparıcı futbolçusu – avstriyalı sol cinah müdafiəçisi David Alaba, ispan sağ cinah müdafiəçisi Daniel Karvaxal və braziliyalı mərkəz müdafiəçisi Eder Militao zədəlidirlər.

İspaniya La Liqasının 9 turundan sonra “Real” 21 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Madrid təmsilçisi 3 xal geri qaldığı lider “Barselona”nı təqib edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: