“Araz-Naxçıvan” Amadeu və Romao ilə yeni müqavilə bağladı

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.

Arena.az xəbər verir ki, “qırmızı-ağlar” son iki mövsümü komandanın heyətində keçirən Amadeu və Lukas Romao ilə ortaq məxrəcə gəlib.

Hər iki futzalçı 2024/2025 mövsümünü də “Araz-Naxçıvan”ın heyətində keçirəcək. Baş məşqçi Vitali Borisov da komandadakı vəzifəsini davam etdirəcək.

Xatırladaq ki, daha öncə braziliyalı Kadinyonu transfer edən ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla başa çatan müqaviləni yeniləməyib. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: