“Araz-Naxçıvan” bu gün “Trabzonspor”la qarşılaşacaq

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Araz-Naxçıvan” Türkiyə toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının bürünc medalçısı Ərzurumdakı son sınaq matçında yerli “Trabzonspor”la qarşılaşacaq.

Super Liqa təmsilçisi ilə görüşə Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Xatırladaq ki, Naxçıvan klubu Türkiyədə keçirdiyi əvvəlki yoxlama oyunlarında yerli “Bayburtspor”a 14:0 hesabı ilə qalib gəlib, “Alanyaspor”la qolsuz heç-heçə edib, “Konyaspor”a 1:2 hesabı ilə uduzub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: