Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayacaq.
Arena.az xəbər verir ki, H qrupunda yer alan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”la üz-üzə gələcək.
İsveçin Uddevalla şəhərində gerçəkləşəcək qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Azərbaycan çempionu sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaqlar.
UEFA Çempionlar Liqası
İlkin mərhələ, H qrupu
21 avqust
18:00. Araz-Naxçıvan – Sparta Belfast
Hakimlər: Trayan Ençev (Bolqarıstan), Yasin Alageyik (Belçika), Daniel Stauber (Avstriya).
Timekeeper: Kastriot Gerxhaliu (İsveç).
Hakim-inspektor: Timo Onatsu (Finlandiya).
UEFA nümayəndəsi: Andris Utinans (Latviya).
İsveç. Uddevalla. “Aqneberqşallen Arena”.


