“Araz-Naxçıvan” ÇL üçün iştirak ərizəsini UEFA-ya təqdim etdi

Futzal üzrə UEFA Çempionlar Liqasının (ÇL) ilkin mərhələsində çıxış edəcək “Araz-Naxçıvan” heyətlə bağlı yekun siyahını UEFA-ya göndərib.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Azərbaycan çempionunun 15 nəfərlik siyahısında 3 qapıçı yer alıb:

Qapıçılar: Emin Kürdov, Kamran Hacıyev, Vladislav Reznov;

Oyunçular: Xəzər Ağalızadə, Amadeu, Kənan Manafov, Marko Prşiç, Ülvi Əliyev, Emil Həsənzadə, Lazar Milosavlyeviç, Aleksandar Yaniç, Covanni Valerio, Kayke Aledes De Oliveyra, Yaqo Henrike.

Qeyd edək ki, Kamran Hacıyev, Kənan Manafov və Yaqo Henrike “Baku Fire” klubundan icarəyə götürülüblər. Onlar yalnız Çempionlar Liqası matçlarında “Araz-Naxçıvan”a kömək edəcəklər.

Təmsilçimiz avqustun 21-də “Sparta Belfats” (Şimali İrlandiya), ertəsi gün Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: