Yeni mövsümdə ilk sınağını futzal üzrə UEFA Çempionlar Liqasında verəcək “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Arena.az xəbər verir ki, ölkə çempionu Özbəkistan millisinin daha bir üzvü ilə anlaşıb.
Söhbət 34 yaşlı Dilşod Rahmatovdan gedir. Son klubu “Jizzax-kenteks” olan müdafiəçi icarə əsasında UEFA Çempionlar Liqasının oyunlarında təmsilçimizə kömək edəcək.
Xatırladaq ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç, özbək Husniddin Nişonov və xorvat qapıçı Luka Pavloviçlə də anlaşıb.



