“Araz-Naxçıvan” Dioqo Auqusto ilə gücləndi

Qış transfer pəncərəsindən maksimum istifadə edən futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” heyətini gücləndirməyə çalışır.

Arena.az xəbər verir ki, sözügedən klub daha bir braziliyalı futzalçı ilə anlaşıb.

“Stolb” mövqeyində oynayacaq Dioqo Auqusto mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün tər tökəcək. 24 yaşlı futzalçı ölkəsində “Taboao da Serra” və “San Paulo” klubunda çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Miloş Todoriç, Həsənəli Rəhimov və Andre Korrea dos Santos Juniorla anlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: