“Araz-Naxçıvan” Erik Dannilo ilə vidalaşdı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) qış fasiləsinə lider yollanan “Araz-Naxçıvan” braziliyalı hücumçusu ilə vidalaşıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “qırmızı-ağlar” müqaviləsinin müddəti başa çatan Erik Dannilo ilə anlaşmanı yeniləməyiblər.

Yayda komandaya qoşulan “stolb” “Araz-Naxçıvan”ın forması altında Yüksək Liqada 8, UEFA Çempionlar Liqasının ilkin mərhələsində isə 2 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: