“Araz-Naxçıvan” Estoniya klubu ilə üz-üzə

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti matçını keçirəcək.

Arena.az xəbər verir ki, B qrupunda yer alan komanda Estoniya çempionu “Sillamae Silla” ilə qarşılaşacaq.

İsveçin Uddevalla şəhərində gerçəkləşəcək görüşün start fiti Bakı vaxtı ilə saat 18:00-da səsləndiriləcək.

Xatırladaq ki, “Araz-Naxçıvan” ötən gün baş tutan ilk oyunda Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”ı 7:1 hesabı ilə məğlub etmişdi. Vitali Borisovun baş məşqçisi olduğu kollektiv avqustun 24-də İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: