Futzal üzrə UEFA Çempionlar Liqasına hazırlığını davam etdirən Azərbaycan çempionu “Araz-Naxçıvan” heyətini gücləndirməyə çalışır.
Arena.az xəbər verir ki, “qırmızı-ağlar” bu dəfə Azərbaycan millisinin gənc üzvü ilə anlaşıb.
Belə ki, İlham Alıyev qarşıdakı mövsümü ölkə çempionunun heyətində keçirəcək. İlk dəfə bu il Tiflisdə Gürcüstan yığması ilə yoldaşlıq matçında əsas millinin heyətində meydana çıxan futzalçı buna qədər U-19-un formasını geyinib.
Xatırladaq ki, “Araz-Naxçıvan” daha öncə braziliyalı Kadinyonu, Kayke Aledes De Oliveyra (hər ikisi “Jetısu”, Qazaxıstan) və serb Lazar Milosavlyeviçi (“Çrniça”, Xorvatiya) transfer etmişdi. Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.



