“Araz-Naxçıvan” “Şəfa” ilə yoxlama oyunu keçirəcək

“Araz-Naxçıvan” futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edərək yoxlama oyunu keçirəcək.

Arena.az bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, elita təmsilçisinin rəqibi Birinci Liqada çıxış edən “Şəfa” komandası olacaq. Oyun oktyabrın 10-da Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq. Qarşılaşmaya saat 15:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: