“Araz Naxçıvan” takiclərə bir oyunda uduzdu, ikinci qalib gəldi

Futzal üzrə UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünə hazırlığını davam etdirən “Araz Naxçıvan” iki yoldaşlıq oyunu keçirib.

Arena.az xəbər verir ki, ölkə çempionu “Olimpik Star”da Tacikistan təmsilçisi “İstiqlol”la qarşılaşıb.

Dünən komandaların ilk görüşündə Düşənbə təmsilçisi qələbə qazanıb – 5:2. Bu gün keçirilən dueldə isə sevinən tərəf Naxçıvan təmsilçisi olub. Azərbaycan çempionu 4:1 hesablı qələbə qazanıb. İlk qolu Lukas vurub. Daha sonra İsa Atayev fərqlənib. Ninoslav və Filipinyo son 2 qolun müəllifi olublar. İlk matçda isə təmsilçimizin hər iki qoluna Amadeu imza atıb.

Xatırladaq ki, “Araz Naxçıvan” UEFA Çempionlar Liqasında oyunlarını avqustun 23-də, 24-də və 26-da keçiriləcək. İlk matçda “İstanbul Şişli” ilə üz-üzə gələcək Vitali Borisovun drujinası ertəsi gün Almaniya çempionu “Yan Regensburq”la gücünü sınayacaq. Son görüş isə Latviya “Riqa”sı ilə olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: