“Araz-Naxçıvan”ın ÇL-in yeni mövsümündəki ilk rəqibləri

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan”ın Çempionlar Liqasının 2024/2025 mövsümündəki ilk rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki iqamətgahında Çempionlar Liqasının yeni – 2024/2025 mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.

Yarışda ölkəmizi təmsil edəcək son çempion “Araz-Naxçıvan” əvvəlcədən də xəbər verdiyimiz kimi, mübarizəyə ilkin mərhələdən başlayacaq. Bu mərhələnin oyunları avqustun 20-dən 25-dək reallaşdırılacaq. Təmsilçimiz “Uddevalla” (İsveç), “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. H qrupunun oyunları İsveçdə keçiriləcək.

Püşkün nətiəsini diqqətinizə çatdırırıq:

A qrupu
Titoqrad (Monteneqro)
Blue Magiç Dublin (İrlandiya)
Forca (Şimali Makedoniya)
Ranger (Andorra)

B qrupu
Minerva (İsveçrə)
Amiqo Northvest (Bolqarıstan)
Fiorentina (San Marino)
Cymru (Uels)

C qrupu
Akaa (Finlandiya)
Tirana (Albaniya)
Vellimdorf (Almaniya)
İsbjonin (İslandiya)

D qrupu
Tiqers Roermond (Niderland)
Yerevan (Ermənistan)
Mançester (İngiltərə)
İstanbul Şişli (Türkiyə)

E qrupu
Kataniya (İtaliya)
Hjörrinq (Danimarka)
Utleyra İdrettslaq (Norveç)
Europa (Cəbəllütarıq)

F qrupu
Diamant Linz (Avstriya)
AEL (Limassol, Kipr)
AEK (Yunanıstan)
Aberdin (Şotlandiya)

G qrupu
Şiroki Briyeq (Bosniya və Herseqovina)
Georgians (Gürcüstan)
Klik Kişinyov (Moldova)
Makkabi Netanya (İsrail)

H qrupu
Araz-Naxçıvan (Azərbaycan)
Uddevalla (İsveç)
Sillamae Silla (Estoniya)
Sparta Belfast (Şimali İrlandiya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: