Birinci Liqada 2023/2024 mövsümünün qalan hissəsinə hazırlaşan “Araz Saatlı” ilə “Şamaxı” bu gün yoxlama oyununda üz-üzə gəlməliydi.
Arena.az xəbər verir ki, sözügedən qarşılaşma təxirə salınıb.
Bu barədə Saatlı klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, yağan güclü qar səbəbilə bu gün keçirilməsi planlaşdırılan yoxlama oyunu ləğv olunub.
Xatırladaq ki, “Şamaxı” mövsümün ilk dövrəsindən sonra 22 xalla 2-ci, “Araz Saatlı” isə 3 xalla sonuncu pillədə qərarlaşıb. Turnir cədvəlinə 27 xalla “Qaradağ Lökbatan” başçılıq edir.


