Argentina yığması DÇ-2022 haqda sənədli film nümayiş etdirəcək

Argentina yığması 2022-ci ildə keçirilmiş və qalibi olduğu Qətər mundialı haqda lentə alınmış sənədli filmin nümayişini nəzərdə tutub.

Arena.az məlumat verir ki, dekabrın 7-dən Argentinanın bütün kinoteatrlarında Argentina yığma komandasının 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında qələbəyə aparan yolu haqqında “Dünya çempionları” adlı sənədli film nümayiş etdiriləcək.

Argentina yığmasının “X” sosial şəbəkəsindəki rəsmi hesabında “2022-ci il Dünya Kubokunun xüsusi anlarını yenidən yaşayın və onun əsas simalarını indiyə qədər görmədiyiniz kimi kəşf edin” deyilir.

Xatırladaq ki, dünya çempionatının finalında Argentina yığması Fransa kollektivinə qalib gələrək, üçqat dünya çempionu adını qazanıb. Oyun vaxtı 3:3 hesabı ilə başa çatıb. Oyunda “xoruzlar”ın hücumçusu Kilian Mbappe 3 qol vurub edib. Argentina yığmasının heyətində hücumçu Lionel Messi 2 qola, vinger Anxel Di Mariya da 1 qola imza atıb. Oyunsonrası penaltilər silsiləsində isə argentinalı futbolçular daha məharətli olublar – 4:2.

Xəbəri sosial şəbəkələrdə paylaş: