İngiltərə Premyer Liqasının 27-ci turunda “Şeffild Yunayted”lə səfər oyununda 6:0 hesablı qələbə “Arsenal” üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, London təmsilçisi İngiltərə futbol tarixində ardıcıl 3 səfər oyununda 5 və daha artıq top fərqi ilə qalib gəlmiş ilk komanda olmaqla rekorda imza atıb.
Bundan əvvəl Mikel Artetanın “topçular”ı səfərdə “Vest Hem” (6:0) və “Börnli”ni (5:0) məğlub etmişdilər.
Həmçinin sözügedən komanda son 4 oyunda rəqib qapılarından 21 qol keçirib, öz qapısında isə cəmi 1 qol görüb.
Qələbə sayəsində “Arsenal” Premyer Liqa çempionluğuna iddiaçı üçlükdə yerini qoruyub. “Topçular” 61 xalla yarış cədvəlinin 3-cü pilləsində yer alıblar. Xosep Qvardiolanın “Mançester Siti”si londonlulardan 1 xal, Yurgen Klopun “Liverpul”u isə 2 xal öndədir. “Şeffild Yunayted” isə 13 xalla yarış cədvəlində ən sonuncu, 20-ci pilləsində can verir.
“Topçular”ın top fərqi 68:23 nisbətindədir və bu, “Arsenal”ın Premyer Liqanın cari mövsümündə ən çox qol vurmuş və ən az qol buraxmış komandası olması deməkdir.


