“Arsenal”: “Jorginyonu satırıq ha!”

Arsenal” braziliyalı dayaq yarımmüdafiəçisi Jorjinyo üçün gələn təklifləri baxışdan keçirməyə hazır olduğunu elan edib.

Arena.az xəbər verir ki, bu barədə “90min” internet-portalı məlumat yayıb.

Mənbədən alınmış məlumata görə, “topçular” 31 yaşlı yarımmüdafiəçini qarşıdakı yay transfer pəncərəsində satmağın əleyhinə deyillər. Ümumiyyətlə, Jorginyonun alınması lap əvvəlcədən londonlular tərəfindən komanda heyətində yarımmüdafiə dərinliyini artırmaq üçün müvəqqəti tədbir kimi nəzərdə tutulmuşdu.

Jorjinyo bu komandaya cari ilin yanvarında Londonun digər təmsilçisi “Çelsi”dən transfer edilib. 2022/2023 mövsümündə Jorjinyo həm “Çelsi”, həm də “Arsenal”ın heyətində ümumilikdə 41 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə fərqlənib.

İtaliya yığmasının da üzvü olan milliləşdirilmiş futbolçunun “topçular”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” internet-portalı Jorjinyonu 35 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, daha əvvəl “Arsenal”ın “Vest Hem”in dayaq yarımmüdafiəçisi Deklan Rays üçün də təklif göndərmək niyyətində olduğu barədə məlumat yayılmışdı.