“Arsenal”ın baş məşqçisi, ispan mütəxəssis Mikel Arteta “topçular”ın Çempionlar Liqasının ələmə mərhələsindəki perspektivlərindən danışıb.
Arena.az BBC-yə istinadən, Artetanın bu barədə fikirlərini təqdim edir:
“Bu səviyyədə rəqabət apara bildiyimizi gördüm. Qrupda birinci olmağımız çox vacibdir və sona bir tur qalmış belə, bunu bacardıq. Qazanmağa davam etməliyik. Fevralda işimizə qayıdacayıq”, deyə Arteta öncəgörənlik etməməyə üstünlük verdiyini başa düşməyə imkan verib.
Xatırladaq ki, dekabrın 12-də Çempionlar Liqasının qrup mərhələsinin sonuncu, 6-cı turu çərçivəsində səfərdə “PSV Eyndhoven”lə bərabərə qalmış (1:1) “Arsenal” “B” qrupunu 13 xalla lider olaraq tamamlayıb. “PSV Eyndhoven” 9 xalla 2-ci olub və yarışın ələmə mərhələsinə vəsiqəsini təmin edib. “Lans” 8 xalla Avropa Liqasına yollanıb. Məşhur “Sevilya” isə 2 xalla qrupu autsayder kimi başa vurub.


