“Arsenal”ın baş məşqçisi, ispan mütəxəssis Mikel Arteta Çempionlar Liqasının yarımfinalında “Real”la Londondakı ilk oyununu şərh edib.
Arena.az məlumat verir ki, “Arsenal” “Real”ı gözlənilmədən 3:0 hesabı ilə məğlub edib.
Arteta matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Biz çox adama “Arsenal”la qürur duymaq üçün əsas verdik. Mən stadionda heç vaxt belə ab-hava görməmişdim. Bu, müvafiq görüşlərdə zəruridir. Komandam düzgün istiqamətdə vacib addımını atdı. Gələn həftə bizə, bu gün müvəffəq olduğumuzu təkrarlamaq gərəkdir”, – BBC ispaniyalı mütəxəssisdən sitat gətirir.
Komandalar arasındakı cavab oyunu aprelin 16-da Madriddə baş tutacaq.


