Arteta Liqa Kubokunda məğlubiyyətin məsuliyyətini üzərinə götürdü

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Vest Hem”ə məğlubiyyətini (1:3) şərh edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən ispan mütəxəssisin bu barədə fikirlərini diqqətinizə çatdırır:

“Mən məyusam və məsuliyyət mənim üzərimdədir. Biz kifayət qədər yaxşı deyildik, kifayət qədər mübarizə aparmadıq. İki gün ərzində futbolçulara onları nəyin gözlədiyi, oyunun nə dərəcədə vacib olacağı barədə xəbərdarlıq etməyə çalışdım.
Ümumilikdə biz lazımi səviyyəyə belə, yaxın deyildik. Bu futboldur, hər oyun özünəməxsusdur. Bir neçə gün əvvəl baş verənlər artıq unudulub. Biz rəqib qapısını kifayət qədər fəal şəkildə təhdid etmədik. Komandamdan daha çox şey istəyirdim. Çox şeyi təkmilləşdirmək lazımdır.

Bugünkü oyundan sonra “Nyukasl”a qalib gəlmək üçün bu məğlubiyyətdən necə istifadə edəcəyimizi başa düşməliyik. Biz bu ağrını hiss etməliyik”, – deyə ispan mütəxəssis bildirib.

Mikel Arteta “Aresenal”ı 2019-cu ilin dekabrından çalışdırır. 41 yaşlı məşqçinin “topçular”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: