Arteta: “Real”ı keçməyə əla fürsətimiz var”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının 1/4 finalının “Real”la Madriddə baş tutacaq cavab oyunu haqda fikrini bildirib.

Arena.az xatırladır ki, Londonda keçirilmiş ilk oyunda “topçular” gözlənilmədən 3:0 hesablı qələbə qazanıblar.

Arteta cavab oyunundan öncə baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Oyunun duyğusal tərəfi çox vacibdir. Mən komandama inanıram. Komandam bütün mövsüm boyu hər bir xüsusu həm nikbin və həm də mürəkkəb məqamlarda düzgün yerinə yetirib.

Geri-dönüşlər “Rea”ın tarixinin bir hissəsidir, onlar bu gedişat haqda danışmaq haqqına layiqdirlər. Bizim düşüncəmiz isə onunla fərqlənir ki, bizim, növbəti mərhələyə adlamağa əla fürsətimiz var.

Düşünürəm ki, bu, ilhamlandırır. Biz bu yarışı heç vaxt qazanmamışıq, indi biz nəsə etməyə çalışacağıq ki, tarixdə qalaq”, deyə ispan mütəxəssis vurğulayıb.

“Real” – “Arsenal” oyunu bu gün, aprelin 16-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: