Avropa Konfrans Liqasında 1/8 finala yekun vurulur

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

Arena.az xəbər verir ki, bütün qarşılaşmalar eyni günə təsadüf edəcək.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su səfərdə Yunanıstan PAOK-u ilə qarşılaşacaq. Futbolçumuzun komandası bu rəqibini doğma meydanda 2 cavabsız qolla məğlub edib. Zədəli Mahirin cavab matçında da forma geyinməsi gözlənilmir.

Türkiyənin “Fənərbaxça” komandası Belçikada 3 cavabsız qolla qalib gəldiyi “Yunion”u bu dəfə doğma meydanda sınağa çəkəcək.

Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin oyunları aprelin 11-də və 18-də keçiriləcək

Avropa Konfrans Liqası
1/8 finalın cavab oyunları
14 mart

21:45. Fənərbaxça (Türkiyə) – Yunion (Belçika) (ilk oyun 3:0)

21:45. Fiorentina (İtaliya) – Makkabi (Hayfa, İsrail) (4:3)

21:45. PAOK (Yunanıstan) – Dinamo (Zaqreb, Xorvatiya) (0:2)

21:45. Viktoriya (Çexiya) – Servett (İsveçrə) (0:0)

00:00. Aston Villa (İngiltərə) – Ayaks (Niderland) (0:0)

00:00. Brügge (Belçika) – Molde (Norveç) (1:2)

00:00. Makkabi (Təl-Əviv, İsrail) – Olimpiakos (Yunanıstan) (4:1)

00:00. Lill (Fransa) – Şturm Qrats (Avstriya) (3:0)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: