Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə yeddi qarşılaşma baş tutub.
Cavab qarşılaşmalarından biri ötən gecə Belçika “Gent”i ilə Hayfa “Makkabi”si arasında keçirilmişdi. İlk oyunda tək qolla qalib gəlmiş İsrail təmsilçisi səfər oyunundakı heç-heçənin ardından 1/8 finala ilk vəsiqənin sahibinə çevrilmişdi.
Qalan görüşlər isə bu gün baş tutub. Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su doğma meydanda İspaniya “Betis”i ilə üz-üzə gəlib. Xorvatlar səfərdən qələbə ilə qayıtmışdılar. Cavab görüşündə heç-heçə futbolçumuzun komandasını 1/8 finala çıxarıb. Amma zədədən əziyyət çəkən Mahir bu görüşdə iştirak etməyib.
“Ayaks”, “Servett”, “Molde”, “Olimpiakos”, “Yunion” və “Şturm Qraz” da rəqiblərinə qalib gələrək 1/8 finala yüksəliblər.
Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/8 mərhələsinin püşkü bu gün – fevralın 23-də atılacaq. Bu mərhələnin oyunları isə 7 və 14 martda keçiriləcək.
Avropa Konfrans Liqası
Pley-offun cavab oyunları
21 fevral
Gent (Belçika) – Makkabi (Hayfa, İsrail) 1:1 (ilk oyun – 0:1)
Qollar: Tissudali, 69 – Pyerro, 4.
22 fevral
Bodo Qlimt (Norveç) – Ayaks (Niderland) 1:2 (2:2)
Qollar: Berq, 83 – Berqeys, 34. Teylor, 114.
Dinamo (Zaqreb, Xorvatiya) – Betis (İspaniya) 1:1 (1:0)
Qollar: Kaneko, 59 – Bakambu, 38.
Ludoqorets (Bolqarıstan) – Servett (İsveçrə) 0:1 (0:0)
Qol: Konya, 6.
Legiya (Varşava, Polşa) – Molde (Norveç) 0:3 (2:3)
Qollar: Qulbrandsen, 2; 67. Hestad, 20.
Ferentsvaroş (Macarıstan) – Olimpiakos (Yunanıstan) 0:1 (0:1)
Qol: El Kaabi, 45.
Ayntraxt (Almaniya) – Yunion (Belçika) 1:2 2:2
Qollar: Ebimbe, 87 – Puertas, 47. Ayensa, 80.
Slovan (Bratislava, Slovakiya) – Şturm Qraz (Avstriya) 0:1 (1:4)
Qol: Byeret, 52.


