Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin başa çatması ilə pley-offa bütün vəsiqələrin sahibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, Avropa Liqasında olduğu kimi, Konfrans Liqasında da qrup qalibləri birbaşa 1/8 finalda oynamaq hüququ qazanıblar.
Onların arasında Türkiyə təmsilçisi “Fənərbaxça” da var:
Qrup qalibləri
Lill (Fransa)
Makkabi (Təl-Əviv, İsrail)
Viktoriya (Plzen, Çexiya)
Brügge (Belçika)
Aston Villa (İngiltərə)
Fiorentina (İtaliya)
PAOK (Yunanıstan)
Fənərbaxça (Türkiyə)
Qrup mərhələsini ikinci pillədə başa vurmuş komandaları isə 1/8 finala vəsiqə uğrunda pley-off oyunları gözləyir. Onlardan biri də Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin heyətində yer aldığı Zaqreb “Dinamo”sudur:
Qrup ikinciləri
Slovan (Bratislava, Slovakiya)
Gent (Belçika)
Dinamo (Zaqreb, Xorvatiya)
Bodo Qlimt (Norveç)
Legiya (Varşava, Polşa)
Ferentsvaroş (Macarıstan)
Ayntraxt (Frankfurt, Almaniya)
Ludoqorets (Bolqarıstan)
Avropa Liqasının qrup mərhələsini 3-cü pillədə başa vurmuş komandalar da mübarizəni Avropa Konfrans Liqasında davam etdirəcəklər. Bu kollektivləri məhz Konfrans Liqasının qrup ikinciləri ilə pley-off oyunları gözləyir. Qalib gələn komandalar Konfrans Liqasının 1/8 finalında oynamaq fürsəti əldə edəcəklər:
Avropa Liqasından gələn komandalar:
Olimpiakos (Yunanıstan)
Ayaks (Niderland)
Betis (İspaniya)
Şturm Qraz (Avstriya)
Yunion (Belçika)
Makkabi (Hayfa)
Servett (İsveçrə)
Molde (Norveç)
Xatırladaq ki, Avropa Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi dekabrın 18-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq. UEFA-nın mənzil qərargahında baş tutacaq tədbirə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Konfrans Liqasında pley-off mərhələsinin oyunları 2024-cü ilin fevral ayında baş tutacaq. İlk oyunlar fevralın 15-də, cavab qarşılaşmaları isə ayın 22-də baş tutacaq. Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri həmin ayın 14-də keçiriləcək.


