Avropa Konfrans Liqasında pley-off həyəcanı başlayır

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin ilk qarşılaşmaları keçiriləcək.

Arena.az xəbər verir ki, 8 oyunun hamısı eyni günə təsadüf edəcək.

Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su səfərdə İspaniya “Betis” ilə üz-üzə gələcək. Amma zədədən əziyyət çəkən Mahirin bu görüşdə iştirak gözlənilmir

Qeyd edək ki, Avropa Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar yarışın 1/8 finalına vəsiqə qazanacaqlar.

Avropa Konfrans Liqası
Pley-offun ilk oyunları
15 fevral

21:45. Molde (Norveç) – Legiya (Varşava, Polşa)
21:45. Olimpiakos (Yunanıstan) – Ferentsvaroş (Macarıstan)
21:45. Yunion (Belçika) – Ayntraxt (Almaniya)
21:45. Şturm Qraz (Avstriya) – Slovan (Bratislava, Slovakiya)
00:00. Ayaks (Niderland) – Bodo Qlimt (Norveç)
00:00. Betis (İspaniya) – Dinamo (Zaqreb, Xorvatiya)
00:00. Makkabi (Hayfa, İsrail) – Gent (Belçika)
00:00. Servett (İsveçrə) – Ludoqorets (Bolqarıstan)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: