Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə yeddi qarşılaşma baş tutacaq.
Cavab qarşılaşmalarından biri ötən gecə Belçika “Gent”i Hayfa “Makkabi”si arasında keçirilib. İlk oyunda tək qolla qalib gəlmiş İsrail təmsilçisi səfər oyunundakı heç-heçənin ardından 1/8 finala ilk vəsiqənin sahibinə çevrilib.
Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su doğma meydanda İspaniya “Betis”i ilə üz-üzə gələcək. Xorvatlar səfərdən qələbə ilə qayıdıblar. Cavab görüşündə heç-heçə də futbolçumuzun komandasını 1/8 finala çıxara bilər. Amma zədədən əziyyət çəkən Mahirin bu görüşdə iştirak etməsi gözlənilmir.
Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/8 mərhələsinin püşkü sabah – fevralın 23-də atılacaq. Bu mərhələnin oyunları isə 7 və 14 martda keçiriləcək.
Avropa Konfrans Liqası
Pley-offun cavab oyunları
21 fevral
Gent (Belçika) – Makkabi (Hayfa, İsrail) 1:1 (ilk oyun – 0:1)
Qollar: Tissudali, 69 – Pyerro, 4.
22 fevral
21:45. Bodo Qlimt (Norveç) – Ayaks (Niderland) (2:2)
21:45. Dinamo (Zaqreb, Xorvatiya) – Betis (İspaniya) (1:0)
21:45. Ludoqorets (Bolqarıstan) – Servett (İsveçrə) (0:0)
00:00. Legiya (Varşava, Polşa) – Molde (Norveç) (2:3)
00:00. Ferentsvaroş (Macarıstan) – Olimpiakos (Yunanıstan) (0:1)
00:00. Ayntraxt (Almaniya) – Yunion (Belçika) 2:2
00:00. Slovan (Bratislava, Slovakiya) – Şturm Qraz (Avstriya) (1:4)


