Avropa Liqasında 1/4 final və yarımfinalın püşkü atıldı

Bu gün futbol üzrə Avropa Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb. Arena.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.

Püşkatma nəticəsində yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq cütlüklər müəyyənləşib. Cari mövsümün son püşkatmasında komandalar səbətlərə bölünməmişdi. Bu üzdən eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilərdilər. Lakin püşk nəticəsində belə bir hal qeydə alınmayıb. Belə ki, “Leypsiq” “Atalanta”ya, “Ayntraxt” “Barselona”ya, “Vest Hem” Lion “Olimpik”inə, “Braqa” isə “Reyncers”ə rəqib olub.

Püşk zamanı yarımfinalda və finalda da hansı komandaların üz-üzə gəlmək ehtimalı olduğu dəqiqləşib.

Avropa Liqasında 1/4 finalın matçları aprelin 7-də və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final matçı isə mayın 18-də, İspaniyanın Sevilya şəhərindəki “Roman Sançes-Pisxuan” stadionunda keçiriləcək.

Avropa Liqası
1/4 final

  1. Leypsiq (Almaniya) – Atalanta (İtaliya)
  2. Ayntraxt (Almaniya) – Barselona (İspaniya)
  3. Vest Hem (İngiltərə) – Olimpik (Lion, Fransa)
  4. Braqa (Portuqaliya) – Reyncers (Şotlandiya)

Yarımfinal

  1. 1-ci cütün qalibi – 4-cü cütün qalibi
  2. 3-cü cütün qalibi – 2-ci cütün qalibi

Final

2-ci yarımfinal cütünün qalibi – 1-ci yarımfinal cütünün qalibi

Xəbəri sosial şəbəkələrdə paylaş: