Bu gün futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 6 qarşılaşma baş tutub.
Azərbaycanın bu turnirdəki təmsilçisi “Neftçi” səfərdə Finlandiyanın HJK komandası ilə cavab matçına çıxıb. Bakıdakı ilk oyunda qalib müəyyənləşməmişdi – 2:2. Cavab matçında qələbə qazanan HJK pley-offda Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşmaq hüququ əldə edib.
Türkiyənin “Qalatasaray” klubu Şotlandiya səfərində “Sent-Conston” komandasının qonağı olub. “Sarı-qırmızı”lar mərhələ adlamaq üçün mütləq qələbə qazanmalıydı. Komandalar arasındakı ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab görüşü məhz Türkiyə nəhənginin qələbəsiylə yekunlaşıb.
Beləliklə, cavab oyunlarından sonra HJK və “Qalatasaray”la yanaşı, “Alaşkert”, “Rapid”, “Mura” və “Seltik” də növbəti mərhələyə yüksəlib. Kiprin “Omoniya” və Slovakiyanın “Slovan” komandaları pley-offa vəsiqəni daha öncə təmin etmişdi.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 17-də və 19-da, cavab görüşləri isə ayın 26-da keçiriləcək.
Avropa Liqası
3-cü mərhələnin cavab oyunları
10 avqust
Flora (Estoniya) – Omoniya (Kipr) 2:1 (penaltilər 3:5)
İlk oyun – 0:1
Slovan (Slovakiya) – Linkoln (Cəbəllütariq) 1:1
İlk oyun – 3:1
12 avqust
Alakşert (Ermənistan) – Kayrat (Qazaxıstan) 3:2
İlk oyun – 0:0
HJK (Finlandiya) – Neftçi (Azərbaycan) 3:0
İlk oyun – 2:2
Anortosis (Kipr) – Rapid (Avstriya) 2:1
İlk oyun – 0:3
Jalgiris (Litva) – Mura (Sloveniya) 0:1
İlk oyun – 0:0
Sent-Conston (Şotlandiya) – Qalatasaray (Türkiyə) 2:4
İlk oyun – 1:1
Seltik (Şotlandiya) – Yablonets (Çexiya) 3:0
İlk oyun – 4:2


