Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Arena.az xəbər verir ki, ənənəvi olaraq, UEFA ən yaxşı adına 4 namizəd müəyyənləşdirib.
Bunlar “Slaviya”dan (Praqa, Çexiya) Tomaş Holeş, “Mançester Yunayted”dən Bruno Fernandes, “Vilyarreal”dan (İspaniya) Jerar Moreno, “Roma”dan (İtaliya) Pau Lopesdir.
Qalib, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.


