Avropa Liqasında pley-offun püşkü atıldı

Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub.

Püşkatmada qrup ikincisi olmuş 8 klub və Çempionlar Liqasının qrup mərhələsini 3-cü yerdə başa vurmuş eyni sayda komanda iştirak edib. Avroliqa təmsilçiləri “səpələnmişlər”, Çempionlar Liqasından gələnlər isə “səpələnməmişlər” səbətində yer alıblar.

Pley-offun püşkatmasında eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzdilər. Səpələnmiş klublar ilk matçlarını 2022-ci il fevralın 17-də səfərdə oynayacaqlar. Cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.

Püşkə əsasən İspaniya nəhəngi “Barselona” Avroliqadakı ilk sınağında “Napoli” ilə mübarizə aparacaq. Dortmund “Borussiya”sı isə “Reyncers”ə rəqib olub.

Digər maraqlı qarşılaşmalara gəlincə, “Sevilya” Zaqreb “Dinamo”suyla, “Atalanta” “Olimpiakos”la, “Leypsiq” “Real Sosyedad”la, “Latsio” “Portu” ilə üz-üzə gələcək.

Mərhələni adlayanlar Avropa Liqasının 1/8 finalında 8 qrup qalibinə qoşulacaqlar.

Avropa Liqası
Pley-off mərhələsi

Sevilya (İspaniya) – Dinamo (Zaqreb, Xorvatiya)
Atalanta (İtaliya) – Olimpiakos (Yunanıstan)
Leypsiq (Almaniya) – Real Sosyedad (İspaniya)
Barselona (İspaniya) – Napoli (İtaliya)
Zenit (Rusiya) – Betis (İspaniya)
Borussiya (Dortmund, Almaniya) – Reyncers (Şotlandiya)
Şerif (Moldova) – Braqa (Portuqaliya)
Portu (Portuqaliya) – Latsio (İtaliya)