Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun daha bir oyunu keçirilib. Arena.az xəbər verir ki, Moskva “Spartak”ı doğma meydanda “Lester Siti” ilə üz-üzə gəlib.
Rusiya paytaxtında baş tutan görüş məhsuldar alınıb. Yeddi qolun qeydə alındığı qarşılaşmanın sonunda sevinən İngiltərə təmsilçisi olub. Premyer Liqa təmsilçisinin qələbəsində Patson Dakanın pokerə imza atması həlledici olub.
Bu qrupun digər oyunu sabah “Napoli” (İtaliya) ilə Polşa “Legiya”sı arasında baş tutacaq. Hansı ki, Polşa təmsilçisində Azərbaycan millisinin hücumçusu Mahir Emreli də forma geyinir.
Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun qalan oyunları sabah keçiriləcək.
Avropa Liqası
C qrupu
20 oktyabr
Spartak (Moskva) – Lester Siti 3:4
Qollar: Sobolyov, 11; 86. Larsson, 44 – Daka, 45; 48; 54; 79.
Xal durumu: Legiya – 6, Lester Siti – 4, Spartak – 3, Napoli – 1.


