Avropa Liqasında qonaqların günü: “Betis”lə “Portu” evdə uduzdu

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Portu” (Portuqaliya) doğma meydanda Lion “Olimpik”i (Fransa) ilə üz-üzə gəlib. Fransa təmsilçisi bu oyunda minimal hesabla üstün olub.

Günün digər matçında isə “Betis” (İspaniya) Sevilyada Frankfurt “Ayntraxt”ı (Almaniya) ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu görüş də qonaqların qələbəsiylə yekunlaşıb.

Avropa Liqasında 1/8 finalın qalan oyunları martın 10-da keçiriləcək. Bu mərhələnin 8 oyunundan biri baş tutmayacaq. Moskva “Spartak”ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya “Leypsiq”i 1/4 finala birbaşa vəsiqə qazanıb.

Avropa Liqası
1/8 finalın ilk oyunları
9 mart

“Betis” (İspaniya) – “Ayntraxt” (Almaniya) 1:2
Qol: Fekir, 30 – Kostiç, 14. Kamada, 32.

“Portu” (Portuqaliya) – “Olimpik” (Lion, Fransa) 0:1
Qol: Paketa, 59.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: