Avropa Liqasında qonaqların günü

Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Arena.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub və eyni saatda başlayıb.

“Roma” səfərdə “Ayaks”ın, “Mançester Yunayted” isə “Qranada”nın qonağı olub. “Vilyarreal” da Zaqreb “Dinamo”su ilə ilk oyunu səfərdə keçirib. Bu oyunların hamısı qonaqların qələbəsiylə yekunlaşıb. London “Arsenal”ı isə Praqa “Slaviya”sı ilə doğma meydanda qarşılaşıb. “Topçular” bu görüşün sonlarında hesabı açsalar da, sonda meydanı bərabərliklə tərk etmək məcburiyyətində qalıblar.

Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları aprelin 15-də baş tutacaq.

Avropa Liqası
1/4 finalın ilk oyunları
8 aprel

Ayaks (Niderland) – Roma (İtaliya) 1:2
Qol: Klaassen, 39 – Pelleqrini, 57. İbanes, 87.

Arsenal (İngiltərə) – Slaviya (Praqa, Çexiya) 1:1
Qol: Pepe, 86 – Holes, 90+4.

Dinamo (Zaqreb, Xorvatiya) – Vilyarreal (İspaniya) 0:1
Qol: Moreno, 44-pen.

Qranada (İspaniya) – Mançester Yunayted (İngiltərə) 0:2
Qol: Reşford, 31. B.Fernandes, 89-pen.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: