“Ayntraxt”ın prezidenti Peter Fişer istefa verdi

Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun prezidenti Peter Fişer nasizmlə mübarizə aparacağını bəyan edərək istefaya yollanıb.

Arena.az “Bild” nəşrinə istinadən, Fişerin müvafiq xüsusda açıqlamasını təqdim edir:

“Mən “Ayntraxt”ın yenidən çempion və ya UEFA Çempionlar Liqasının qalibi olmasını istəmirəm. Həyatda arzum odur ki, bu çirkin nasist nəcisi yox olsun, harada olursa olsun, havada partlasın. Onların hər gün üzlərinə qusum. Demokratiya və birgə yaşayış uğrunda mübarizə mənim üçün əsaslı şəkildə vacibdir.

Biz – rəngarəng klubuq. 112 millətin nümayəndəsi bizimlədir. İdmanda ayrıseçkiliyə, irqçiliyə və antisemitizmə yer yoxdur. Biz buna əməl etməyənləri sonda qovacağıq”, deyə Fişer bildirib.

Xatırladaq ki, 68 yaşlı Peter Fişer 2000-ci ilin yayında Frankfurt “Ayntraxt”ının prezidenti seçilib. Fişerin xələfi Matias Bek olacaq.