Azərbaycan – İordaniya: Açıq məşq və mətbuat konfransı olacaq

Futbol üzrə Azərbaycan və İordaniya yığmalarının beynəlxalq yoldaşlıq oyunu ərəfəsində mətbuat konfransları və açıq məşqlər təşkil olunacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

İordaniya yığmasının Bakıda oyundan öncəki son məşqinə saat 18:30-da start veriləcək. Hazırlığın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Bundan yarım saat öncə isə rəqib komandanın baş məşqçisinin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi isə saat 19:30-da media əhli ilə görüşə çıxacaq. Mətbuat konfransından yarım saat sonra – 20:00-da isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə start veriləcək.

Qeyd edək ki, hər iki məşq və mətbuat konfransı “Dalğa Arena”da təşkil olunacaq.

Azərbaycan – İordaniya beynəlxalq yoldaşlıq oyunu sentyabrın 12-də “Dalğa Arena”da keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: