Azərbaycan millisi ilk oyunda Farer adalarına qalib gəldi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA İnkişaf turnirində lk matçına çıxıb.

Arena.az xəbər verir ki, yığmamız startda Farer adaları ilə üz-üzə gəlib.

Futbolçularımız bu oyunda 4:2 hesablı qələbəyə seviniblər. Komandamızın qollarını 50 və 90+3-cü dəqiqədə Əhməd Tarverdiyev, 85-ci dəqiqədə Ümid Səlimov, 90+5-ci dəqiqədə isə İslam İsmayılzadə vurub.

Azərbaycan millisi növbəti oyununu mayın 4-də Albaniya komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Ayın 7-də isə Moldova yığması ilə oyun baş tutacaq.

Xatırladaq ki, yığmamız Tiranaya bu heyətlə yollanıb:

1. Ayxan Abbaszadə – Turan Tovuz

2. Həbib Hüşənov – Qəbələ

3. Firudin Kişiyev – EFA

4. Əhməd Tarverdiyev – Sabah

5. Səmid Əhmədov – Qəbələ

6. Vüsal Paşayev – Sumqayıt

7. Nadir Orucov – Sumqayıt

8. Rəşad Alışov – Sabah

9. Tuncay Əhmədov – Sabah

10. Əkbər Məhərrəmov – Sabah

11. Ömər Kərimov – Qəbələ

12. Elnur Cabbarlı – Sumqayıt

13. Babamirzə Mehdiyev – Sabah

14. Anar Hüseynov – Sabah

15. Ziya Şəkərxanov – Qəbələ

16. Sadiq Məmmədli – Neftçi

17. Amin Muradov – Neftçi

18. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)

19. Hikmət Cəbrayılzadə – Qarabağ

20. İslam İsmayılzadə – Səbail

21. Röyal Fərzullazadə – Neftçi

22. Ümid Səlimov – Şamaxı

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: