Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində sonuncu oyunu keçirib. Arena.az xəbər verir ki, baş məşqçi Füzuli Məmmədov yetirmələrini bu dəfə “Şamaxı”nın U-19 komandası ilə görüşdə sınaqdan keçirib.
U-17 yığmamız bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Millimizin yeganə qolunu 43-cü dəqiqədə Ümid Səlimov vurub.
Xatrıladaq ki, Azərbaycan millisi hazırlıq çərçivəsindəki ilk oyununu “Qarabağ”ın U-19 komandasına qarşı keçirmiş və 3:1 hesablı qələbə qazanmışdı.
Bununla da U-17 yığmamızın Bakıdakı təlim-məşq toplanışına yekun vurulub.


